Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


04.11.2019  11:46 

“Bəzi hallarda gözləntilər hələ özünü doğrultmayıb” - Mikayıl Cabbarov





A+  A-

“Biz vergi islahatlarının birinci ilindəyik. 2018- ci ili keçid ili kimi elan etdik”
XəzərNews.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “REAL” TV-yə verdiyi müsahibəsində deyib. O qeyd edib ki, yalnız inzibatçılıqda fərqli yanaşmaları 2018-ci ildə tətbiq edilib: “Qanunvericilik paketi 2017- ci ilin dekabrından öncə qəbul edilib. Vergi islahatlarının qanunvericilik paketi 2019- cu ilin yanvarın 1-dən tətbiq olunur. Ona baxmayaraq ötən 10 ay artıq gözlədiyimiz müsbət nəticələri verib. Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda gözləntilər hələ özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq. Amma məncə sual altına qoyulmayan odur ki, qısa müddət keçməsinə baxmayaraq biz vergi inzibatçısı ilə vergi ödəyicisi arasında münasibətin təbiətinin dəyişdirilməsinə nail ola bilmişik.

Mən deyə bilmərəm ki, bu proses başa çatıbdır. Bu daimi bir prosesdir. Hər iki tərəf daimi olaraq təkmilləşə bilər. Dostluq birtərəfli ola bilmir, dostluq hər zaman ikitərəfli bir yoldur. Çünki sən dost dedikdə güvənirsən, eyni zamanda, hər zaman özün güvənmək üçün insana hüquq verirsən. Deyəndə ki, hazırdırmı, yoxsa yox? Mən birmənalı şəkildə inanıram ki, Azərbaycanda iqtisadi fəaliyyətin subyektləri artıq böyük bir yol keçiblər. İnanıram ki, hər iki tərəf buna hazırdır. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq”.

Xəbər 2044 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +