Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


08.10.2019  13:48 

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”





A+  A-

Ötən gün təhsil naziri Ceyhun Bayramov Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanı tutduğu vəzifədən uzaqlaşdırıb. Aparılan araşdırmaya görə, direktor icarə adı ilə müəllimlərdən pul yığıb.
Bu məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və belə halların digər məktəblərdə də olduğu bildirilib.

Maraqlıdır, məktəblərdəki bu cür özbaşınalığın qarşısını necə almaq olar? Günahkar tərəf yalnız direktorladır, ya ikinci tərəf də var?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan deputat Sona Əliyeva deyir ki, insanlar susmasınlar ki, belə problemlər qabarıb öz həllini tapsın.

“Tək təhsildə yox, hər sahədə bu cür özbaşınalığa, haqsızlığa son qoyulmalıdır. Sağ olsun ki, Ceyhun Bayramov məsələdən xəbər tutan kimi direktoru işdən çıxarıb. Elə direktor olacaq ki, bu hadisədən təsirlənəcək lakin elələri də var ki, ümumiyyətlə buna məhəl qoymayacaq. Çox yaxşı haldır ki, Təhsil Nazirliyi insanlara, mətbuata bu qədər açıqdır və öz sahəsindəki narazılıqları aktiv şəkildə aradan qaldırır”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu cür özbaşınalıq təkcə 108 nömrəli məktəbdə baş vermir.

“Məktəbdə baş verən neqativ hallar növündən asılı olmayaraq təhsilə, tərbiyəyə təsir göstərən faktordur. Əksər məktəblərdə qeyri-qanuni şəkildə vətəndaşlardan pul tələb etmək prosesi gedir, lakin məsələ qapalı qalır. Belə özbaşınalığın qapalı qalmasının iki səbəbi var. Birincisi, valideyn etinasızlığı, yəni tələb olunan məbləğin ödənilməsidir. Digər səbəb isə məktəb direktorlarını himayə edən şəxslərin olmasıdır. Bu gün Bakı, eləcə də rayonlardakı məktəbləri himayə edən vəzifəli şəxslər var. Məktəb direktorları da həmin vəzifəli şəxslərə söykənərək istənilən özbaşınalığı edirlər. Buna görə də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü kimi hesab edirəm ki, bu gün valideynlər məktəbdə neqativ hal baş verən kimi bizə də məlumat versinlər. Çünki biz həmin məsələləri təhsil naziri Ceyhun Bayramovun qarşısında qaldıra bilərik. Artıq 21-ci əsrdə yaşayırıq, dünyada məktəblər başqa yöndə fəaliyyət göstərirlər. Bu cür neqativ hal bizdəki bəzi direktorların feodal təfəkkürünün təzahürüdür. Birmənalı olaraq uşağın məktəbə pul gətirməsi ona mənfi təsir edir, məktəblə valideyn, cəmiyyət arasında qarşıdurma yaradır. Bu isə orta təhsil üçün yad bir məsələdir və belə halların kökü kəsilməlidir”.

Xəbər 2486 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +