Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


24.01.2019  12:38 

“Cavan nazirlərdir, amma yuxarıdan gedirlər” - Deputatdan sərt reaksiya





A+  A-

“Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar. O, şəkillərin düz olduğunu bilmir. Amma mən deyim ki, bu şəkillər düzdür. Həmin heyvanlar qocadır”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Araz Əlizadə Əmək və Sosial Siyasət Komitəsinin iclasında əhaliyə verilən heyvanlarla bağlı şikayətlərdən danışarkən deyib.

O bildirib ki, nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib: “Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan nazirlərdir, çox gözəl, amma artıq yuxarıdan gedirlər. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiz ? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir? Soruşmurlar ki, bunla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.

Xəbər 2298 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +