Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


31.10.2018  18:46 

“Şadlıq evlərində monitorinq aparılacaq“ - Qoşqar Təhməzli





A+  A-

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 aylıq fəaliyyəti onu deməyə əsas verir ki, hazırda ölkədə qida təhlükəsizliyi sahəsində ən pis səhnə ictimai iaşə müəssisələrindədir”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli qeyd edib ki, bu hallar, əsasən, şadlıq evlərində, xüsusilə də insanların kütləvi qidalanma məkanlarında qeydə alınır.

O, həmin müəssisələrinin sahiblərinə tövsiyə edib ki, Agentliyin müvafiq ekspertlərinin köməyindən istifadə edərək öz işlərini yaxın gələcəkdə qüvvədə olan sanitariya-gigiyena norma və qaydalarına, eləcə də beynəlxalq standartlara uyğun qursunlar.

O qeyd edib ki, şadlıq evləri ilə bağlı Agentliyin tədbirlər planı var:

“Şadlıq evlərində Agentlik tərəfindən xüsusi monitorinqlər həyata keçiriləcək. Artıq bəzi nazirliklər monitorinqlərə başlayıb və bu sahədə müəyyən nöqsanlar aşkar edilib. Lakin qida təhlükəsizliyi sahəsində Agentliyin aparacağı yoxlamalar zamanı, əsasən, həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək ki, mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsi qadağandır. Onların əhalinin qidalanmasına verəcəkləri məhsullar mütləq mənşəyi məlum olan qida məhsulları olmalı, müvafiq qida təhlükəsizliyi sertifikatı ilə təmin olunan məhsulları kütləvi qidalanmaya verməyə borcludurlar. Həmçinin istifadə etdikləri bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları dövrü tibbi müayinələrdən keçməlidir. Bu, çox önəmli məsələdir. Eyni zamanda qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərinə görə qüvvədə olan qaydalara uyğun olmalıdır. Əks halda, bizim tərəfdən həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər də tədbiq olunacaq”.

Xəbər 1829 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +