Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


20.06.2018  17:54 

“Azərbaycanda hər 10 nəfərdən biri qaçqındır” - Əli Əhmədov





A+  A-

"Azərbaycanda 10 milyon əhalinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Ölkədə hər 10 nəfərdən biri qaçqındır. Dünyada olan əhali ilə qaçqınların sayını müqayisə etdikdə, yüzlərlə insana bir qaçqın düşür. Bu qaçqın və məcburi köçkün probleminin Azərbaycanda nə qədər ciddi olduğunu göstərir".
XəzərNews.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Baş nazirin müavini bildirib ki, görünür dünyada ədalətsizlik pozulub ki, qaçqın və məcburi köçkün problemi yaranıb.

"Dünyada separaatizim, başqa ərazilərə göz dikmək olmasaydı, qaçqınlar problemi də bu qədər ağır məhrumiyyətlərə səbəb olmazdı. Azərbaycanın 1 milyondan artıq insanının bu vəziyyətdə yaşamasına göz yumulursa, bu problem Azərbaycanda yarananda lazımi diqqət göstərilmirdisə, düşünmək lazım idi bu problem bir ölkə çərçivəsindən çıxaraq bütün dünyanı əhatə edəcək. O zaman Azərbaycan xəbərdarlıq edirdi, ancaq o zaman Azərbaycana lazımi diqqət göstərilmədi. Ona görə də vaxtilə Azərbaycanı titrədən bu problem indi bütün dünyanı silkələyən problemə çevrilib".

Əli Əhmədov deyib ki, bu gün dünyada ayrı-ayrı dövlətlər qaçqınlar probleminin həll olunması üçün yardımlar göstərir.

"Dünyanın bütün beynəlxalq qurumlarının diqqət və qayğısı ondan ibarət olmalıdır ki, qaçqınlığı yaradan səbəbi aradan qaldırılsın".

Baş nazirin müavini bildirib ki, qaçqının həyatı yaxşı ola bilməz, onun yaşayış şəraiti düzələ bilər, amma qaçqınlıq qaçqınlıqdır, nə qədər o öz evi qayıtmayıb, ömrünün sonuna qədər mənəvi acını çəkəcək.

"İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. Əgər biz həqiqətən ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Əks halda bütün dünyada bu problemlər dərinləşəcək. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq".


Xəbər 1803 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +