Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


26.03.2018  12:17 

Hafiz Hacıyevdən ŞOK İDDİA - “Səs yazımı “Qaçqınkom” sədri yaydırıb”





A+  A-

“Mənim söyüş söydüyüm iddia edilən səs yazısını “Qaçqınkom”-un sədri Əli Həsənov yaydırıb”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev iddia edir ki, Baş nazirin müavini Əli Həsənov radikal müxalifətə onun haqqında kompramat materiallar ötürür:

“Məndə dəqiq faktlar var ki, bu gün “Qaçqınkom” adlanan komitənin sədri Əli Həsənov xaricdə gizlənən təxribatçılara və müxalifət saytlarına haqqımda yalan və təxribatçı materiallar ötürür, sifariş verdirir. Mən bu barədə debatlarda da fikrimi söyləmişəm. Yenə də söyləyəcəm. Baş nazirin müavini Əli Həsənov prezidentə və xalqa xəyanət edir, dövlətin pullarını mənimsəyərək ailə üzvlərini milyonerə çevirib. Qaçqın və məcburi köçkünlərin pullarını yemək olmaz. Bunu edən gec-tez cəzasını almalıdır”.

Hafiz Hacıyev qeyd edib ki, “Kanal 1” internet saytında yayılan səs yazısı ona məxsus deyil:

“Həmin səs yazısını montajdır, quramadır. Məni bu cür yollarla mübarizəmdən geri çəkindirmək istəyirlər. Bunun başında da Baş nazirin müavini Əli Həsənov dayanır. Çıxışlarımda onu ifşa etdiyim üçün məni ləkələməyə çalışır”.

Prezidentliyə digər namizəd Razi Nurullayevin prezident seçiləcəyi təqdirdə Pakistandan nüvə silahı alacağı ilə bağlı fikirlərinə də toxunan Hafiz Hacıyevin sözügedən çıxışları “nağıl” adlandırıb:

“Bilirsiniz, xalqa bu cür nağılları danışmaq lazım deyil. Pakistan heç özü nüvə silahının harada gizlədildiyini bilmir. O silahlardan istifadə etməkdə Pakistan ixtiyar sahibi deyil. İndi Razi bəy necə Pakistandan nüvə silahı alacaq? Gərək danışanda fikirlərin nağıla bənzəməsin”.

Xəbər 2149 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +