Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


16.01.2018  15:23 

Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.
Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

XəzərNews.az-ın məlumatına görə, Orfoqrafiya lüğətinə dəyişikliklə bağlı Modern.az-a danışan tanınmış media eksperti Qulu Məhərrəmli ümumiyyətlə bu cür dəyişikliklərin niyə edildiyini başa düşmədiyini bildirib:

“10-15 il bundan əvvəl “metafora” yazmışıq, 2013-cü ildə çıxan lüğətdə “metafor” edilib. İndi də təklif edirik ki, yazaq “metafora”. Bu onu göstərir ki, bu məsələlərə yanaşmada ciddi elmi prinsip yoxdur. Biri istəyir bu söz bu şəkildə yazılsın, biri də istəyir ki, mədəniyyət sözündə bir “y” olsun. Mədəniyyət sözündə 2 “y” hərfinin olmağı kimə mane olur? Sadəcə olaraq bəzi sözlər 1 “y” hərfi ilə yazılmalıdır. Xüsusi isimlər mütləq 2 “y” hərfi ilə yazılmalıdır. Hər bir dəyişiklik ciddi elmi əsasa söykənməlidir. Orfoqrafiya lüğəti çox ciddi və sabit prinsiplərə əsaslanmalıdır. Bu olmasa, biz gündə orfoqrafiyada bir söz dəyişəcəyik. Bu bir institutun, bir şuranın gəldiyi qərar olmamalıdır. Dil hamının ümumi məhsuludur. Dildə gedən proseslərdə ölkənin intellektual qatı fəal iştirak etməlidir. Mən şəxsən bu dəyişikliklərin tərəfdarı deyiləm. Yazıda çətinlik yaradan məsələləri dəyişdirmək olar. Amma başdan-başa bütün qaydalara yenidən yanaşmaq və bir çoxunun da elmi cəhətdən səbəbini izah edə bilməmək düzgün deyil”.

Qulu Məhərəmli deyib ki, söz hansı dildən götürülübsə o dilə istinad etmək tamamilə yanlışdır:

“Əsgər”, “əsginaz” sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə mən ciddi prinsip görmürəm. Bu dəyişikliklərin Azərbaycan dilini hara aparacağını, hansı dolaşığı, xaosu yaradacağını təsəvvür edə bilmirəm. Mən əminəm ki, bu dəyişikliklər qəbul olunarsa, 5 ildən sonra tamam başqa dalğa gələcək. Ən başlıcası odur ki, bu gün Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”ni dəyişdirməyə heç bir lüzum və ehtiyac yoxdur. Dillə bu şəkildə davranmaq olmaz”.

Xəbər 2648 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +