Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


14.12.2017  13:43 

“205 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olunub“





A+  A-

"Müharibə zonalarında qalan azərbaycanlı uşaqların vətənə qaytarılması üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlər görülür. Artıq 20-yə yaxın azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb".
XəzərNews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
Sədr müavini bildirib ki, həmin uşaqların valideynləri münaqişələrdə dünyalarını dəyişib: "Təbii ki, ilk növbədə, onlar müayinədən keçirilməlidir. Onların nə zaman ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır. Məlumatlar var ki, uşaqların sayı 20-dən çoxdur. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir".

S.Heydərov xatırladıb ki, bu günə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı münaqişəyə qoşulmaq üçün İraqa və digər ölkəyə gedib: "Onlardan 300-ə yaxını münaqişələrdə vəfat edib. 205 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olunub, 95 nəfər artıq məsuliyyətə cəlb olunub. Həmin ərazilərdə və ya üçüncü ölkədə gizlənən vətəndaşlarımız barədə də məlumatlar var. Onların da müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür".

Xəbər 2106 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +