Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


20.10.2017  15:03 

Azərbaycanda abortların sayı artır - Millət vəkili





A+  A-

“İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Kim insanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığını məhdudlaşdırıması cəzasını alternativ kimi təklif etmək doğru deyil”.
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, vəzifəsini lazımı şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: “Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza məqamları arasında uyğunsuzluq var”.

Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: “Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcnburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə edilib, cəmiyyətə qayıtmır. Bunun əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.

O həmçinin cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: “Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”.

Xəbər 2345 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +