Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


28.06.2025  13:49 

OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər





A+  A-

OMON dəstəsi əmilərimin evinə basqın edib, iki nəfəri öldürüb, 6 nəfəri həbs edib".

XəzərNews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının qohumu Elnur Səfərov deyib.

O bildirib ki, hadisə qəfil baş verib: "Hücum olunan evlər əmilərim və onların övladlarının evləridir. OMON dəstəsi qəfil 6 evə hücum edib, əmilərim Ziyəddin Səfərov və Hüseyn Səfərovu qətlə yetirib, 6 nəfəri isə həbs ediblər.

Həbs edilənlərə xüsusi işgəncələr verilib. 4 əmimdən hələ xəbər ala bilmirik. Saxlanılan iki əmim oğlunu - Vüqar və Məhəmməd Səfərovu bu gün sərbəst buraxıblar.

Vüqar və Məhəmmədin bədənində müxtəlif bədən xəsarətləri var. Onları xəstəxanaya apardıq, yardım etdilər. Həbs olunan qohumlarımızın hamısına xüsusi amansızlıqla işgəncələr veriblər. Hamısının bədəninə elektrik cərəyanı buraxıblar, zülm veriblər. Əmimgilə də ağır işgəncələr veriblər. Hadisə nəyə görə olub, hansı səbəbdən saxlanılıblar, bizə heç bir məlumat verməyiblər".

Qətlə yetirilən Səfərov qardaşlarının cənazələrinin Azərbaycana gətirilməsinə gəlincə isə Elnur Səfərov bildirib ki, bu barədə onlara hələ məlumat verilməyib:

"Məlumata görə, cənazələrin bizə veriləcəyi tarix sabah açıqlanacaq".

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində beş nəfər öldürülüb.

Xəbər 692 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +