Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


03.07.2025  21:26 

Türkmanlar bu qərara etiraz edir - Ekspert





A+  A-

İyunun 30-da Kərkükə bağlı Altunköprü qəsəbəsinə yeni bələdiyyə sədri təyin edildi. Əhalisinin böyük əksəriyyəti türkmanlardan ibarət olan böyük bir qəsəbəyə kürd rəhbərin təyin olunması yerli türklərin haqlı narazılığına səbəb oldu. Artıq 4 gündür ki, türkmanlar bu qərara etiraz edir və rəsmi Bağdadın məsələyə müdaxilə edəcəyini gözləyirlər. Etirazçılar qərarın dəyişməsini və qəsəbənin idarəsində türkmanlara da yer verilməsini tələb edirlər.

Məsələyə münasibət bildirən ekspert Orxan İsayev XəzərNews.az-a bildirib ki, tarixən türk məskəni olan Altunköprüdə türkmanların yox sayılması və onlardan xəbərsiz rəhbər vəzifələrə kürdlərin gətirilməsi uzun illərdir Türkmanelinin kürdləşdirmə siyasətinin bir hissəsidir:

"Bir neçə il bundan öncə İraq türkmanlarının siyasi və mədəni mərkəzi hesab olunan Kərkük valisi vəzifəsinə də Bağdadda bir otelin qaranlıq otağında tez-tələsik və gizli şəkildə kürd millətindən olan bir şəxs təyin edilmişdir. Türkmanlar, əsasən də İraq Türkman Cəbhəsi Partiyası bu qərarı baykot etmiş və yeni valini tanımadığını açıqlamışdır. Partiyanın rəhbərliyi Altunköprüdə yeni bələdiyyə sədrinin təyin olunmasını kürdləşdirmə siyasətinin bir hissəsi hesab edir və noyabrda keçiriləcək parlament seçkilərinə "hazırlıq" kimi qiymətləndirir".

Xəbər 482 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +