Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


22.07.2025  11:55 

“Tapançalı direktor”un məktəbindən şikayət var





A+  A-

Bakı şəhəri 249 saylı tam orta məktəbdə dərs saatlarının bölüşdürülməsi ilə bağlı ciddi narazılıq yaranıb.

Bir qrup müəllim məktəbin direktoru Kəmalə Şıxlinskayanın adından onlara dərs saatı verilməsi üçün qeyri-rəsmi şəkildə pul tələb edildiyini iddia edir.

Müəllimlərin sözlərinə görə, dərs bölgüsü zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulur, saatların bölüşdürülməsində əsas meyar kimi maddi maraqlar və şəxsi dostluq əlaqələri əsas götürülür. Bildirilir ki, direktor bu tələbləri birbaşa deyil, yaxın ətrafı vasitəsilə həyata keçirir.

Qeyd edək ki, sözügedən məktəbin direktoru bir müddət əvvəl tapançalı fotosu ilə sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olmuşdu. Kəmalə Şıxlinskaya eyni zamanda 249 nömrəli məktəbdə maskalı manyakın peyda olması ilə bağlı yayılan səs yazısı ilə bağlı gündəmə gəlmişdi./7News.Az



Xəbər 168 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +