Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı


04.07.2025  17:23 

“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert





A+  A-

Rusiyanın Azərbaycanla yaşadığı son gərginliyin kökündə təkcə təyyarə insidenti dayanmır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyəli ekspert Mustafa Özalp yayımladığı video-söhbətində bildirib.

M.Özalp qeyd edib ki, 2024-cü ilin sonunda Rusiyanın Azərbaycana məxsus təyyarəni vurması əslində Moskvanın Cənubi Qafqazda dəyişən güc balansını həzm edə bilməməsindən qaynaqlanır:

“Azərbaycan artıq bölgədə sərbəst siyasət aparır. Rusiyanın təsir imkanları isə Ukrayna müharibəsindən sonra xeyli zəifləyib”, - deyə o, vurğulayıb.

Özalp qeyd edib ki, Azərbaycan və Türkiyə əməkdaşlığı, Türk Dövlətləri Təşkilatının güclənməsi və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti Rusiyanı narahat edir.

“Moskva bölgəni nəzarətdə saxlamaq istəyir. Lakin artıq əvvəlki gücü yoxdur. Rusiya həm enerji marşrutlarını itirir, həm də demoqrafik böhran yaşayır. Azərbaycan isə bölgədə getdikcə daha güclü oyunçuya çevrilir”,– deyə M.Özalp əlavə edib.

Ekspertin fikrincə, Türkiyənin Rusiyadan enerji asılılığı da mühüm strateji məsələ olaraq qalır və Ankara bu asılılığı azaltmağa çalışmalıdır.





Xəbər 564 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +