Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


29.06.2021  11:06 

Qonşusunu qayçı ilə öldürübmüş





A+  A-

Dünən Bərdə rayonunda törədilən qətllə bağlı rəsmi açıqlama yayılıb.
Rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, iyunun 28-i saat 01 radələrində Bərdə rayonunda Toğrul Abdullayev qayçı ilə vurularaq öldürülüb.

Zərərçəkmişin həmkəndlisi Rəşad Musayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirib. Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

Xəbər 1734 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +