Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


30.04.2020  14:26 

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir





A+  A-

Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, yeni sistem vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, təxirəsalınmaz tibbi zərurət, eyni zamanda evlərini tərk edərkən və ya işə gedərkən onlayn qaydada icazə almağa kömək edəcək.

Ölkəmizdə tətbiq olunan müvafiq sistem barədə Astana Dövlət Xidmətləri Mərkəzinin 42 ölkənin iştirak etdiyi onlayn platformasında məlumat paylaşılıb. Müvafiq platformada Azərbaycan təcrübəsindən başqa Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərində karantin rejimində tətbiq olunan onlayn sistemlər barədə də məlumat verilib. Qazaxıstanın Türkistan vilayəti isə məhz Dövlət Agentliyinin təcrübəsi əsasında müvafiq sistemi ərsəyə gətirib.

Bu barədə BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi (Astana Civil Service Hub) veb-səhifəsində və Qazaxıstanın digər yerli xəbər portallarında məlumat dərc olunub.

“Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib.

Xəbər 3278 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +