Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


09.10.2017  12:26 

Daha bir xidmət “Elektron hökumət” portalında





A+  A-

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
XəzərNews.az xəbər verir ki, artıq “Elektron hökumət” portalının istifadəçiləri "Azərsu" ASC-nin “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” haqqında arayış adlı elektron xidmətindən yararlana bilərlər.

Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalından “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi elektron xidmətlərin siyahısından və ya elektron arayışlar bölməsindən “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” xidmətini seçmək lazımdır. İstifadəçi açılan səhifəyə 13 rəqəmli abonent kodunu daxil edib bazada mövcud olduğu təqdirdə isə istifadəçi şəxsi məlumatları ilə yanaşı

Sayğacının tipi;

Son 12 ay üzrə faktura sərfiyyatı;

Son 12 ay üzrə faktura məbləği;

Son 12 ay üzrə ödənilmiş məbləğ;

barədə informasiyanı arayış formasında əldə edə bilir.

Qeyd edək ki, bununla da "Azərsu" ASC-nin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb. Hazırda portal üzərindən ümumilikdə 18 elektron arayış təqdim olunur.

Xəbər 3334 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +