Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


05.10.2017  16:57 

Homoseksual yolla İİV-ə yoluxanların sayı artıb





A+  A-

Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb.
XəzərNews.az xəbər verri ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub.

N.Zülfüqarov bildirib ki, 2008-ci ildən etibarən ölkədə İİV-ə yoluxmaya görə risk qrupları müəyyən olunub. Onlar homoseksuallar, "kommersiya seks işçiləri", məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.

N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur:

“Hazırda homoseksuallar arasında yoluxma yolu çox olmasa da, onlar risq qrupuna daxildir. Onlar müxtəlif yaş qruplarında, sosial statusda olurlar. Bizi maraqlandıran əsas məsələlərdən biri onların ailəli olub-olmamasıdır. Ailəli şəxsdə İİV virusu varsa, bu, onun həyat yoldaşına, həyat yoldaşından isə onların izdivacından dünyaya gələcək körpəyə keçir”.

N.Zülfüqarov qeyd edib ki, buna görə də hazırda homoseksuallar arasında ölkədə zərərin azaldılıması layihəsi, könüllü məsləhət-müayinə tədbirləri həyata keçirilir.

Xəbər 3316 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +