Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


01.08.2018  15:36 

Bu məhsulların idxalı məhdudlaşdırlır - Əhaliyə xəbərdarlıq





A+  A-

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
XəzərNews.az xəbər verir ki, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan və Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırlır.

Eyni zamanda Rusiya Federasiyasının Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından gələn və ya qeyd edilən ərazilərdən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Xəbər 1639 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +