Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


18.01.2020  12:46 

Piyadanı vurub qaçan sərxoş sürücü tutuldu





A+  A-

İsmayıllı rayonunda piyadanı vurub hadisə yerindən qaçan sərxoş sürücü tutulub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, yanvarın 17- saat 22:45 radələrində İsmayıllı RPŞ-yə şəhərində Ə.Ələkbərzadə küçəsində bir nəfər piyadanın avtomobil ilə vuruması nəticəsində ölməsi və sürücünün hadisə yerindən qaçması barədə məlumat daxil olub.

Əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Məmmədov Elçin Əlizadə oğlu olduğu müəyyən edilib.

Belə ki, 1983-cü il təvəllüdlü E.Əlizadə sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21011” markalı 10 FB 092 nömrəli avtomobillə küçədən keçən 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadə tərəfindən Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti qaydalarını sərxoş halda pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.

Xəbər 1741 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +