Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


20.11.2017  15:11 

“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama





A+  A-

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb.
Qurumdan XəzərNews.az-a daxil olan açıqlamada mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, R. Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil: “O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü eyni zamanda katibidir, hazırda da o vəzifəni daşıyır. Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olmasından xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb. Ona “nə köməklik lazımdır edə bilərik” deyilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, “Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur””.

İttifaqın açıqlamasında o da qeyd edilib ki, R. Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: “Bundan əlavə reklam və seriallara da çəkilir və özünü də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, “çünki o, Rasim Balayevdir””.

Xatırladaq ki, bu günlərdə R. Balayev “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu” sualına “Yox... istəmirəm də” deyə cavab verib.

Qeyd edək ki, xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı məsələni gündəmə deputat Zeynəb Xanlarova gətirib. O, parlamentə çıxış edərək deyib ki, R. Balayevin dərman almağa pulu yoxdur: “Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Aldığı pul nədir ki onu da dərmanlara versin?”.

Xəbər 3029 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +