Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?





A+  A-

Polşa mediası "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin (Mateusz Kochalski) Avropanın bir neçə tanınmış klubunun maraq dairəsinə düşdüyünü yazır. Bu maraq xüsusən 25 yaşlı qapıçının UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki uğurlu oyunlarından sonra daha da artıb.

XəzərNews.az Qol.az-a istinadən xəbər verir ki, Koxalski artıq A Seriyasının son qalibi "Napoli"nin də maraq dairəsinə düşüb.

Eyni zamanda, Almaniyanın "Borussiya" Dortmund klubunun da bir müddət əvvəl qapıçı ilə maraqlandığına dair xəbərlər yayılıb.

İtaliyanın "Corriere dello Sport" nəşri yazır ki, Bundesliqa klubu artıq polşalı oyunçunun transferini reallaşdırmaq qərarına gəlib. Onun artıq qış transferi pəncərəsi dövründə "Qarabağ"dan Almaniya təmsilçisinə transfer oluna biləcəyi iddia edilir.

Əgər belə olarsa, Koxalski yanvarda ÇL-in son iki turunun "Ayntraxt"la (Almaniya) ev, "Liverpul"la (İngiltərə) səfər matçında "Qarabağ"a kömək edə bilməyəcək.

Qeyd edək ki, Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Odur ki, həmin müddətə qədər onu heyətində görmək istəyən klub Ağdam təmsilçisinə təzminat ödəməlidir.

Xəbər 638 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +