“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.09.2020  19:36 

Yaponiyada koronavirusu öldürən lampa hazırlandı





A+  A-

Yaponiyada koronavirus infeksiyası ilə mübarizə üçün yeni təhlükəsiz vasitə hazırlanıb.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, “Ushio İnc.” şirkəti Covid-19-u qapalı məkanlarda öldürə bilən “Care222” ultrabənövşəyi lampa istehsal edib. Lampanın qiyməti 2 860 dollar dəyərləndirilir. Bu alət Kolumbiya universiteti ilə birgə iş nəticəsində hazırlanıb. “Care 222”dən yaşayış yerlərində, avtobus, qatar, lift və ofislərdə dezinfeksiya məqsədilə istifadə etmək olar.

Ultrabənövşəyi lampalardan sterilizasiya vasitəsi kimi xüsusilə tibb və qida sənayesi sahələrində geniş istifadə olunur. Bu lampalar dəri xərçəngi və göz problemlərinə səbəb olduğu üçün insanların olduğu məkanlarda istifadə olunmamalıdır.

Bu lampalar 222 nanometr uzunluğu olan ultrabənövşəyi şüalar yayır ki, bu da koronavirusu öldürür. Şüaların effektivliyini Hirosima universitetinin tədqiqatçıları da təsdiqləyib.

Xəbər 1817 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +