“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.06.2019  09:56 

ABŞ konqresindən Azərbaycanla bağlı bəyanat





A+  A-

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat və Silahlı Xidmətlər Komitələrinin nüfuzlu üzvlərindən biri olan Maykl Törner (Respublikaçı – Ohayo) Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış edib.
XəzərNews.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Respublikasının əsası qoyulub. Konqres üzvü təəssüflə bildirir ki, müstəqillikdən bir neçə il sonra, 1920-ci ildə Rusiya Qızıl Ordusu Azərbaycanı işğal etmiş və nəticədə Sovet İttifaqına birləşdirilib.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, Azərbaycanın müstəqilliyinin yenidən əldə olunduğu və o zamandan ABŞ-ın əsas beynəlxalq tərəfdaşına çevrildiyi, ABŞ və Azərbaycanın transmilli təhdidlərlə və terrorçuluqla mübarizə sahəsində tərəfdaşlar kimi çalışmaqda davam etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın ABŞ-ın NATO müttəfiqlərinə yardım sahəsində vacib rol oynadığı və ABŞ-ın xaricdə, xüsusilə də Əfqanıstanda əməliyyatlarına dəstək verdiyi xüsusi vurğulanır.

Bəyanatda eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində əhəmiyyətli müttəfiq olduğu və bununla əlaqədar, Azərbaycandan Avropaya təbii qazın ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi kimi təşəbbüsləri ABŞ-ın dəstəkləməkdə davam etməsinin zəruriliyi qeyd olunur. Azərbaycanın ABŞ-ın bölgədə maraqlarının təmin olunmasında əsas tərəfdaş olduğu bildirilir.

Xəbər 1659 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +