Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


18.01.2020  11:30 

Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı





A+  A-

Bakının Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, vətəndaş Sərkinaz Quliyeva Yeniavaz.com-a bildirib ki, oğlu Mirəli Quliyevə məktəbdə direktor və müəllimlər tərəfindən fiziki və psixoloji təzyiqlər göstərilir: “Direktor 11-ci sinif şagirdlərini gətirib onlara balaca uşaqları döydürtdürür”.

S.Quliyeva uşaq evində müəllimlərdən birinin 3-5 yaşlı bir oğlan uşağını döyməsinin əks olunduğu videonu da təqdim edib.

Uşaq evinin direktoru Sevda Hacıyeva isə qeyd edib ki, şagird Mirəli Quliyevin psixoloji problemləri var:

“Bir neçə gün əvvəl gecə saat 12-də Mirəlinin tutması tutub, burada bir qızı boğub, biz də “skoru” və polis çağırmışıq. Gəldim gördüm ki, qızı boğub, dırnaqlarının izi qalıb. Nənəni – gecə növbətçisini vurub, burnu gömgöy olub, şişib. Növbətçinin və qızın vurulmasını 33-cü polis bölməsində sənədləşdirilib. Əslində, o uşaq kollektiv içində yaşamamalıdır. Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilən sənəddə bildirilir ki, uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməlidir. Anası da deyir ki, guya o sənəd saxtadı və mən hazırlamışam. Bu uşaq tutması tutan zaman bıçaqla bütün qapıları deşik-deşik edib. O, həmin bıçaqla kiməsə xəsarət də yetirə bilərdi. Kadrda isə uşağı vuran müəllim Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb”.



Xəbər 1284 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +