“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.01.2023  17:08 

"Hakimiyyət Naxçıvanda olan hadisələrə heç bir müdaxilə etmədi“





A+  A-

“Vasif Talıbovla bağlı məsələlər elə onun hakimiyyətin ilk günlərindən hökumətə də bəlli idi. Siyasi partiyaların liderlərinə divan tutulması, təhqir edilməsi, siyasi partiyaların fəaliyyətinin məhdudlaşması, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hakimiyyət nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qalması, qadın jurnalistlərin döyülməsi, təhqir olunması, alçaldılması və s. bütün bunlar hamısı beynəlxalq hesabatlarda da qeyd olunmuşdu”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, sadəcə olaraq Azərbaycan hakimiyyəti vaxtında Naxçıvanda olan hadisələrə heç bir müdaxilə etmədi:

“Naxçıvan camaatında belə təəssürat yarandı ki, Azərbaycan hakimiyyətinə hər hansı bir faktla məlumat verməyin heç bir mənası yoxdur. Azərbaycan hakimiyyət orqanlarına müraciət edib, öz hüquqlarını bərpa etmək mümkün deyil. Bu baxımdan, Naxçıvanda uzun illər qanunsuzluqlarla bağlı həm kütləvi informasiya vasitələrində, həm də partiyaların bəyanatlarında məlumat gedib. Sadəcə, Azərbaycan hakimiyyət orqanları Naxçıvanda baş verən qeyri-qanuni hərəkətlərə qarşı heç bir mövqe nümayiş etdirməyib. 5-6 ildən sonra əhali Naxçıvanda baş verənlər barədə, oradakı qanun pozuntuları ilə bağlı ümumiyyətlə hər hansı bir məlumat vermədilər. Bu gün Vasif Talıbov işdən çıxarılmağına baxmayaraq, onun dövründə baş verən qanun pozuntuları ilə bağlı adamlar həddən artıq qorxa-qorxa danışırlar və ehtiyatlı mövqe tuturlar. Bu da uzunmüddət Naxçıvanda repressiv rejimin mövcud olmasıyla bağlıdır”.

Xəbər 1345 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +