Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


26.04.2025  13:49 

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib





A+  A-

Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

XəzərNews.az xəbər verir ki, dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

“İqtisadi kooperasiya ili” çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub.
İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələrin aktiv fazada olduğu, birgə zəngin mədəni-humanitar mübadilə proqramının həyata keçirildiyi bildirilib.

Bu il yüksək səviyyə nəzərdə tutulan sammitlərə, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına, regionların və rektorların forumuna, mədəniyyət tədbirlərinə hərtərəfli hazırlığın vacibliyi vurğulanıb.

Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin regional gündəliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn çoxtərəfli tədbirləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Xəbər 869 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +