Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?


20.11.2018  14:39 

Dərmandan 97 nəfər zəhərlənib





A+  A-

"Bu ilin əvvəlindən indiyədək 97 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, bu il ərzində 108 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.

A.Maqsudov hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Xəbər 1885 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +