Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?


11.09.2018  12:26 

“Onların da aqibəti Fəxrəddin Abbaszadəninki kimi olacaq”





A+  A-

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Lənkərandan olan deputat Hadi Rəcəbli Modern.az-a açıqlamasında separatçı şəxsin həbs edilməsini müsbət qiymətləndirdiyini bildirib:

“Azərbaycan müstəqilliyini ikinci dəfə əldə edib. Üzərində “Azərbaycanlı” sözünü gəzdirən hər bir şəxs onu qorumalı, dövlətimizin ömürlük olmasına çalışmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Çox təəssüf ki, Facebook-da, müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə, Azərbaycan liderləri əleyhinə ardıcıl, sistemli kampaniya aparılır. Bu kampaniya bir sıra beynəlxalq, anti-millət, anti-dövlət, anti-demokratik qurumlar tərəfindən təşkil olunur. Onların məqsədi dövlətləri kiçiltmək, parçalamaq və hakimiyyəti ələ keçirərək, idarə etməkdir”.

H.Rəcəbli bu yolu tutanların da aqibətinin Fəxrəddin Abbaszadə ilə eyni olacağını bildirib:

“Mən bu hadisəni alqışlayıram. Bu həbs eybəcər fikirlər səsləndirən Orduxanlara, Qurban Məmmədovlara və digərlərinə dərs olmalıdır. Dövlətimiz əleyhinə çağırışlar edən bu adamlara qarşı da müvafiq addımlar atılmalıdır. Onlar da Azərbaycan dövləti qarşısında cavab verməlidirlər. Ölkəmizin içərisində də buna bənzər saytlar, sosial şəbəkə səhifələri mövcuddur. Dövləti zəiflətmək, tanınmış məmurları nüfuzdan salmaq, dövlət başçısını ləkələmək istiqamətində aparılan işləri təşkil edənlər mütləq cəzalandırılmalıdır. Onlara qarşı da ifşaedici addımlar atılmalıdır”.

Deputat qeyd edib ki, separatçı Fəxrəddin Abbaszadənin həbsi Azərbaycan dövlətinin gücündən xəbər verir:

“Sonuncu hadisə o deməkdir ki, separatçılar orda-burda boş-boş qışqırmaqla, danışmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Dövlətimizi zəiflətmək istəyən, adlı-sanlı insanlarını hörmətdən salmaq mövqeyini sərgiləyənlər qanunlar, beynəlxalq hüquq normaları daxilində mütləq cəzalanacaqlar”.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır.

Xəbər 2032 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +