Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


23.06.2019  10:08 

Türkiyədə mübarizə başladı - Dünyanın gözü İstanbulda





A+  A-

Bu gün İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilir.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Ali Seçki Komissiyasının (YSK) mayın 6-da AKP-nin seçki saxtakarlığı iddiası ilə etirazından sonra 31 mart seçkilərini yeniləmək barədə qərarı əsasında bu gün istanbullular yenidən sandıq başındadır. Bu gün baş tutacaq səsvermə ilə İstanbul əhalisi 5 il boyunca fəaliyyət göstərəcək yeni bələdiyyə sədrini seçəcək.

Referendumda Cümhur İttifaqından (AKP) Binəli Yıldırım, Millət İttifaqından (CHP) Əkrəm İmamoğlu, Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlkər Yücel mübarizə aparacaq.

31 mart seçkilərindəki seçici siyahısı budəfəki seçkilərdə də istifadə olunacaq. 18 yaşını yeni tamamlayanlar və hərbi xidmətdən qayıdanlar səsvermədə iştirak etməyəcəklər. Ümumilikdə 68 min 17 nəfər səs verə bilməyəcək.

İstanbulun 39 rayonunda, 62-si həbsxana, 156-sı səyyar olmaqla 31 min 342 sandıqda 10 milyon 560 min 963 nəfər səs verəcək.

Səsvermə Türkiyə vaxtı ilə saat 08:00-da başlayıb və 17:00-dək davam edəcək.

Xəbər 3076 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +