Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


31.03.2018  12:54 

BMT-dən İsrailə ÇAĞIRIŞ





A+  A-

BMT Baş katibi Antonio Quterreş dünən İsrail-Qəzza sərhədindəki İsrail əsgərlərinin hücumları və 16 fələstinlinin öldürülməsi ilə əlaqədar çağırış edərək məsələnin araşdırılmasını təklif edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmanın 2014-cü ildəki Qəzza savaşından bu yana yaşanan ən qanlı gün olduğu bildirilib. Hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirib və toqquşmanı şiddətlə qınayıb.

BMT-nin Siyasi işlər üzrə məsul baş katibinin müavini Taye Brook Zerihoun çıxışı zamanı Qəzzadakı vəziyyətin yaxın günlərdə pisləşə biləcəyini deyib. Və vətəndaşların, xüsusilə uşaqların hədəf alınmaması çağırışını edib.

"İsrail beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində məsuliyyətlərini yerinə yetirməlidir", - deyə Zerihoun bildirib.

Qeyd edək ki, bundan öncə Fələstin dövlətinin başçısı Mahmud Abbas BMT Təhlükəsizlik şurasını İsrailin Qəzza zolağındaki hərəkətlərini qınamağaçağırıb.

M. Abbas televiziyada çıxışı zamanı Qəzza zolağında baş verən hadisələr zamanı fələstinlilərin ölümünə görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Xatırladaq ki, ötən gün ərzində Qəzza zolağında baş vermiş toqquşmalar nəticəsində ən azı 16 nəfər həlak olub.

Xəbər 3033 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +