FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb
“Qarbağ“ın oyununu o da şərh edəcək
Bakalı başına vuraraq xəsarət yetirdi
Hacıbəyliyə hədiyyələri üzə çıxdı - KİV
Prezident sərəncam imzaladı
Orel və Vladimir şəhərləri vuruldu -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, saxlanıldı
Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO


04.11.2025  10:06 

Almaniya bu ölkədən gələnlərə sığınacaq verməyəcək





A+  A-

Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Almaniya cinayəti olan Suriya vətəndaşlarını deportasiya etməyə davam edəcək və bundan sonra Suriya vətəndaşlarına sığınacaq vermək üçün heç bir səbəb görmür.

XəzərNews.az xəbər verir ki, məlumatı Reuters yayıb.

Merz jurnalistlərə deyib ki, o, Suriya prezidenti Əhməd əl-Şaraanı deportasiya üçün “konkret addımlar”ı müzakirə etmək və birgə həll yollarını razılaşdırmaq üçün Almaniyaya dəvət edib.

Merz həmçinin vurğulayıb ki, indi “Suriyada vətəndaş müharibəsi başa çatıb” və buna görə də Suriyalılara Almaniyada sığınacaq verilməsi üçün artıq heç bir əsas yoxdur.

Agentlik qeyd edir ki, Almaniyanın qaçqın siyasəti əvvəllər xeyli yumşaq olub.

Angela Merkel 10 il əvvəl demək olar ki, 1 milyon miqrantı qəbul edib ki, onların da əksəriyyəti vətəndaş müharibəsindən qaçan suriyalılar olub. O vaxtdan bəri siyasi vəziyyət dəyişdi: ifrat sağçılara dəstək kəskin şəkildə artdı və Merz rəhbərliyi altında Almaniyanın Xristian Demokratik İttifaqı (CDU) sərhəd təhlükəsizliyi və miqrasiya ilə bağlı sərt mövqe tutaraq deportasiyaları sürətləndirəcəyini vəd etdi.




Xəbər 797 dəfə oxunub.




05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +