Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


06.02.2020  14:50 

“Doqquz barmaq Adil” tutulDU





A+  A-

Jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlunun (Rüstəmov) əşyalarını oğurlayan şəxs saxlanılıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, BPİ Cinayət-axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, “Bülbül” prospekti 18 ünvanında yerləşən “Bravo” marketində Bakı şəhər sakini Tahir Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.

A.Rüstəmovun gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunuraq götürülüb və zərərçəkmişə qaytarılıb. Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, “Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, polisə məlumat vermək tövsiyə edirik.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1721 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +