Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Mən kəndə acından ölmək üçün qayıdım?
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


01.06.2025  15:25 

6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

XəzərNews.az xəbər verir ki, ilkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar.

3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib.

Hazırda baş verən hallar araşdırılır. DİM xəbərdarlıq edir ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Qeyd edək ki, imtahanda 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.

Xəbər 569 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +