Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


18.12.2023  12:28 

Sülh müqaviləsi hazırdır, qalır onu imzalamaq... - Politoloq





A+  A-

“Gələn ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Artıq Ermənistan tərəfi sülh müqaviləsi və kommunikasiyaların açılması haqda çox nikbin bəyanatlar verir. Hətta sərhədlərin delimitasiyası ilə bağlı da müsbət mesajlar verilir. Belə anlaşılır ki, Azərbaycanla Ermənistan arasında əlaqələr qurulub, videogörüşlər keçirilir. Tərəflər arasında sülh müqaviləsi ilə bağlı birbaşa mübadilə var, pərdə arxasında intensiv danışıqlar gedir”.

Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a politoloq Qabil Hüseynli bildirib.

Onun dediyinə görə, sülh müqaviləsi üzrə bütün prinsipial məqamların hamısı uzlaşdırılıb, təkcə sazişin çərçivəsini müəyyənləşdirmək lazımdır, bu da sadəcə, texniki məsələdir:

“Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, sülh müqaviləsi hazırdır, qalır onu imzalamaq. Ermənistan çox tələsir. Çünki Ermənistanda da erkən seçki keçiriləcək, tələsirlər ki, buna qədər sülh müqaviləsi bağlansın”.

Xəbər 8830 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +