Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


05.07.2025  15:15 

Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı





A+  A-

Türkiyə Azərbaycan və Rusiya arasında yaranmış gərginliyi “diqqətlə izləyir və hər iki tərəfi təmkinli olmağa” çağırır.

XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

O, məsələni Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyini vurğulayıb:

"Türkiyənin həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. İnanırıq ki, məsələ diplomatik gərginliyi azaldacaq bəyanatlarla daha sadə və ağıllı şəkildə həll olunacaq. Ümid edirəm ki, iki ölkə arasında münasibətlərdə baş verən neqativ hallar ən qısa zamanda sona çatacaq. Biz çox istəyirik ki, baş verən kədərli hadisələr Azərbaycan-Rusiya münasibətlərin korlanmasına səbəb olmasın”.

Türkiyə prezidentinin sözlərinə görə, məsələyə təmkinlə yanaşmaq lazımdır. "Biz bilirik ki, iki dostumuz bu problemin öhdəsindən gəlmək üçün qarşılıqlı anlaşma səviyyəsindədir. Problemin həlli üçün atılacaq konstruktiv addımları dəstəkləməyə davam edəcəyik. Bizim prioritetimiz kifayət qədər müharibə və münaqişələrin yaşandığı regionda çətin qazanılmış sabitliyə xələl gətirəcək kəskin eskalasiyanın qarşısını almaq olacaq. Qafqaz artıq yeni münaqişəyə dözə bilməz. İnanıram ki, biz sakitliyin tərəfini tutaraq bu məsələni diplomatik proseslərlə həll edəcəyik. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevlə görüş gündəliyimizə daxil idi. Cənab İlham çox ehtiyatlı və tədbirli addım atır. O, bu məsələnin arxasınca getməyin və qızışdırmağın tərəfdarı deyil. Mən bunu İlhamın açıqlamalarından anladım”, - Türkiyə lideri bildirib.

Xəbər 603 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +