Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


29.08.2025  10:40 

Ekspert: Bir ailənin aylıq nəqliyyat xərci 400 manata çata bilər





A+  A-

“Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı ictimai rəyin öyrənilməsi və nəbzin yoxlanılması üçün ortaya atılmış bir manevrdirsə, o zaman bir iqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm və bunun yolverilməz olduğunu bildirirəm.”

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov ictimai nəqliyyatda ehtimal olunan qiymət artımını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakı və ətraf qəsəbələrdə yaşayan əhalinin böyük hissəsinin iş və təhsil üçün şəhərə gəlməsi, paytaxtın müxtəlif yerlərində tıxacların yaranması və ictimai nəqliyyatın əhəmiyyətinin artması fonunda belə bir qərarın sosial gərginliyi artıracağı gözlənilir.

"Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Əgər bu, əsassız bir şayədirsə, heç bir sözüm yoxdur! Amma əgər ictimai rəyin öyrənilməsi və nəbzin yoxlanılması üçün ortaya atılmış bir manevrdirsə, o zaman bir iqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm və bunun yolverilməz olduğunu bildirirəm," - deyə Əmirov vurğulayıb.

Ekspert xatırladıb ki, bir müddət öncə gedişhaqqının 30 qəpikdən 50 qəpiyə qalxması zamanı iqtisadi əsaslar olduğu üçün etiraz etməyib. Lakin 1 manatlıq gedişhaqqının heç bir iqtisadi əsası olmadığını və əhalinin maddi vəziyyətinə ağır zərbə vuracağını qeyd edib.

Əmirov daşıyıcı şirkətlərin iqtisadi səmərəsizliklə bağlı şikayətlərinin əsassız olduğunu da vurğulayıb: "Kamazlar 800 mişar daşı vurmaq əvəzinə 1000 daş vurduğu kimi, avtobusların 50 nəfər yerinə 80-100 nəfər doldurması və yenə də iqtisadi səmərəsizlikdən şikayətlənmələr isə bir başqa iqtisadi bacarıqdır."

"Əlqərəz, əgər kimlərsə nəbzi yoxlamaq məqsədilə belə bir manevr edirsə, yekunda bu niyyət yuxarı qərarvericilər tərəfindən dəstəklənməməlidir," - deyə Əmirov fikrini yekunlaşdırıb.

Xəbər 2091 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +