Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


12.04.2021  08:56 

Qırğızıstanın yeni konstitusiyasına dair referendum baş tutub





A+  A-

Bu gün Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi - referendum və yerli şuralara seçkilər başa çatıb.
XəzərNews.az xəbər verir ki, Konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova jurnalistlərə bildirib ki, son məlumata görə, səs hüququ olan 3.3 milyon seçicinin 78 faizi səsvermədə iştirak edib. Bu da o deməkdir ki, referendum və yerli şuralara seçkilər baş tutub. Siyasi kampaniyanın ilkin nəticələri bir gündən sonra elan olunacaq.

Xəbər 3289 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +