YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


27.08.2022  09:40 

Laçın zəfəri: İran və ABŞ-dan reaksiyalar





A+  A-

Prezident İlham Əliyev növbəti tviti ilə xalqımızı yenidən müjdələdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü...Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Xalqımız illərdir ki, bu anı, bu xəbəri gözləyir. Laçın zəfəri həm də növbəti addımların müjdəçisidir, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış 3 tərəfli Bəyannamədə yer tutan bütün bəndlərin addım-addım gerçəkləşdiriləcəyi deməkdir.

Amma görünür, bu anı gözləyən təkcə biz deyilmişik. İran, ABŞ, Ermənistan...daha kimlər varmış siyahıda.

Laçının bütövlükdə Azərbaycan Ordusunun nəzarətinə keçməsi ərəfəsində İranda, ABŞ-da ortaya çıxan aktivlik, anti-Azərbaycan bəyanatlar və hərəkətlər diqqət çəkir. Laçın zəfəri hər kəsin maskasını yırtır. 30 ildir deyilir ki, Qarabağ münaqişəsi təkcə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının təcəlləsi deyil, həm də böyük güclərin oyunudur. Bu həqiqət bu gün özünü daha qabarıq göstərir. Əksər güclər, o cümlədən, “qonşu” İran və dünya gücü olan ABŞ da müharibənin bitməsində maraqlı görünmürlər.

Sülhün əldə edilməsinə hər cürə maneçilik törədirlər. İran siyasət adamı Ebulfezl Zuhtevend Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verərkən İranın Azərbaycana qarşı riyakar siyasətinin mahiyyətini açıb. Ermənistanın İranın müttəfiqi olduğunu bildirib. Azərbaycanı İran üçün qorxunc fenomen, potensial təhdid adlandırıb. “Azərbaycan və Naxçıvanın İrana ilhaq edilməsi” kimi cəfəng fikirlər səsləndirib.

Bənzər fikirləri daha öncə İranın ali rütbəli din və siyasət adamları da dilə gətirmişdilər. İranın ali-dini lideri Zəngəzur dəhlizini niyyət edərək “Qafqazda sərhədlərin dəyişdirilməsinin qırmızı xətt olması” kimi bəyanatlar səsləndirmişdi. Amma bu fikirləri dolayısı ilə, ikibaşlı mənalarla ifadə etmişdilər. Bu gün isə açıq danışırlar, təhdid edirlər. Çünki, regiondakı rıçaqları əllərindən çıxır.

Qarabağ münaqişəsinin həll edilməsi İranın bu bölgəyə kobud müdaxiləsinin tamamlanması deməkdir. Narahatdırlar və narahatlıqları artıqca daha açıq, daha kobud olurlar.

Bu günlərdə ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyinatının ortaya çıxçası da ciddi mətləblərdən cavab verir. Haqqdan, ədalətdən, demokratiyadan dəm vuran ABŞ-ın riyakarlığını göstərir. ABŞ da Qarabağ münaqişəsinin bitməsinin əleyhdarı kimi çıxış edir. Fransa və Rusiya həmsədrlikdən imtina etdikləri halda, ABŞ yenidən belə bir statusda şəxs təyin edir. Bu Azərbaycan tərəfindən qəbul edilmir və əməkdaşlığa xidmət etməyən hərəkət kimi baxılır.

İnşəAllah, İranın da, ABŞ-ın da, digər maskalananlarında cavabları layiqincə veriləcək.

Müşfiq Ələsgərli

Xəbər 1645 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +