Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


28.04.2021  12:05 

Bakıda avtobusların sayı artırılacaq - RƏSMİ





A+  A-

2020-ci ildə Bakı şəhərində 119 avtobus yenilənib. Onlardan 115-i dövlət, dörd ədədi özəl şirkətlər tərəfindən edilib.
XəzərNews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hər il Bakı şəhərinə 300 yeni avtobus gətirilir:

“Ümumilikdə, 2015-ci ildən bu günə qədər 968 avtobus yenilənib. Bunun 764 ədədi dövlət, 244 ədədi özəl şirkətlər tərəfindən edilib. Avtobus parkının bu günə qədər 46 faizi yenilənib. Bunun isə 74 faizi CNG yanacağı ilə işləyir.

2025-ci ilə qədər qarşıya qoyulan hədəflərdə ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulur”.

V.Kərimli qeyd edib ki, yeni avtobuslarla gündəlik orta hesabla 630 mindən çox sərnişin daşınır.

O bildirib ki, 2020-ci ildə metronun bağlanması ilə avtobuslara tələb çoxalıb.

V.Kərimli əlavə edib ki, daha 320 avtobusun ölkəyə gətirilməsi nəzərdə tutulub ki, bunlardan bəziləri 9 metrlik, bəziləri 18 metrlik olacaq:

“Həmin avtobuslar qəsəbələrarası daşımlarda istifadə olunacaq”.

Xəbər 3644 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +