Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.07.2025  11:02 

Məşhur aktyor müalicəsi üçün corab satır





A+  A-

Aktyor Allahverdi Yolçuyev şəhərin mərkəzi küçələrində insanlara, mağazalara corab satır.

XəzərNews.az xəbər verir ki, bunu aktyor “Astar” layihəsində deyib.

O, dərmanlarını almaq üçün bu işlə məşğul olduğunu bildirib:

“Mən xəstələnəndən fikirləşirdim ki, alternativ bir iş tapım. Birtəhər öz dərmanlarımı alım. Neçə ildir xəstəyəm. Səhhətim həkimlərin sayəsində pis deyil. Artıq bir il olar ki, beyin pili əməliyyatı keçirmişəm. Fikirləşdim ki, ən yaxşısı corabdır. Uşaqlıqda göyərti, günəbaxan toxumu, əncir satmışam. Utanmalı bir iş deyil.

İki manata alıram, 4-5 manata satıram. Günə 10-15 manat qazanc olur. Xalqımıza qurban olum, məni çox istəyirlər. Kişinin biri mənə 5 manat uzatdı ki, götür. Dedim ki, lazım deyil. Bir az pis çıxır. Niyə dilənməliyəm? Ayıbdır axı, yaş, tanışlıq, teatrda rollarım, 50 illik stajım, sənət yoldaşlarım var. Xalq artisti Sabir Məmmədov zəng edir ki, tez kartını at, sənə pul göndərim. Demişəm ki, lazım deyil. Halal pulumu qazanıram”.

Allahverdi Yolçuyev dövlətdən dərmanlarını almaq üçün maliyyə dəstəyi istədiyini bildirib:

“Mədəniyyət naziri Adil Kərimli iki dəfə mənə zəng vurub. Demişəm, fəxri ad yox, maliyyə dəstəyi istəyirəm ki, dərmanlarımı ala bilim. Yaşa görə 336 manat təqaüd alıram”.



Xəbər 422 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +