Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.12.2018  11:35 

Ukrayna Rusiya ilə dostluq müqaviləsinin fəaliyyətini dayandırır





A+  A-

Ukrayna hökuməti Rusiya Federasiyası ilə dostluq müqaviləsinin fəaliyyətini dayandırır
XəzərNews.az-ın Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Pyotr Poroşenko «Rusiya ilə dostluq, əməkdaşlıq və həmkarlıq barədə müqavilə»nin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib. Bu barədə parlamentin saytında məlumat verilir. Amma hələlik layihənin mətni Radanın saytında dərc olunmayıb.

Hələ sentyabr ayında Poroşenko bir fərman imzalayıb. Prezident bu sənədlə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) «Rusiya Federasiyası ilə dostluq» barədə sazişin fəaliyyətinin dayandırılması haqqında qərarını hərəkətə gətirib və Ukrayna XİN müqavilənin uzadılmayacağı barədə tezliklə Rusiyaya nota göndərib.

Ukrayna və Rusiya Federasiyası arasında sözügedən müqavilə 31 may 1997-ci ild imzalanıb. Əgər tərəflərdən biri onun əleyhinə çıxmadığı halda, müqavilənin fəaliyyət müddətinin hər 10 ildən bir uzadılması nəzərdə tutulurdu.

Xəbər 2866 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +