Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.06.2018  15:21 

Avropanın 9 ölkəsi birgə qoşun yaradır





A+  A-

Avropa İttifaqına (Aİ) üzv olan 8 ölkə - Fransa, Almaniya, Belçika, Danimarka, Hollandiya, Estoniya, İspaniya və Portuqaliya İttifaqdan və NATO-dan kənar, müstəqil şəkildə fəaliyyət göstərəcək qoşun yaratmaq barədə razılığa gəliblər.
XəzərNews.az xəbər verir ki, həmin ölkələrin Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən müdafiə nazirləri bu barədə niyyət məktubunu imzalayıblar.

Hazırda “Brexit”lə əlaqədar Aİ-dan çıxmağa dair müzakirələr aparan Böyük Britaniyanın da bu prosesə qoşularaq sənədə imza atması diqqət çəkib. Qeyd olunub ki, bununla London İttifaqdan ayrıldıqdan sonra üzv dövlətlərlə müdafiə sahəsində əməkdaşlığı davam etdirmək imkanına malik olacaq.

9 Avropa ölkəsinin ümumi müdafiə sahəsindəki bu əməkdaşlığı “Avropa Müdaxilə Təşəbbüsü” adlanır və böhranlar zamanı hərbçilərin çevik formada hərəkətə keçərək müdaxiləni asanlaşdırmaq məqsədi daşıyır. Müdafiə sahəsində bu cür ortaq əməkdaşlıq Fransanın təşəbbüsü ilə ortaya atılıb. Layihə çərçivəsində həyata keçiriləcək əməliyyatlara ölkələrin dəstək verib-verməməsi isə beynəlxalq səviyyədə alınacaq qərar olacaq.

Qərb ekspertlərinin fikrincə, Aİ-nın 9 ölkəsinin digər üzv dövlətlərdən ayrı və müstəqil şəkildə davranaraq, müdafiə kimi strateji və ciddi bir sahədə ortaq əməkdaşlıq barədə qərar qəbul etmələri İttifaq daxilində parçalanmaya gətirib çıxara bilər. NATO büdcəsinə pul verməyə xəsislik edən ölkələrin əlavə müdafiəyə vəsait xərcləməsinin Vaşinqtonu qıcıqlandıra biləcəyi qeyd olunur.

Xəbər 2728 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +