Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi
Reyestrdə olmayan çap mediasına 5 min cərimə... - Təsdiqləndi
Deputat “Friends Central Perk Baku” adlı kafelər şəbəkəsi qurub
“Bu səs-küydə evdə oturmaq mümkün deyil” - ŞİKAYƏT
Son zəngdə kriminal mahnı oxuyan direktor işdən çıxarıldı
Bakıda MKTB-lərin milyonlarla manat vergi borcu yaranıb
Şənbə günü 40 dərəcə isti olacaq
Binəqədi sakinləri küçənin qaranlıq olmasından ŞİKAYƏTÇİDİRLƏR
UNEC-in təmirinə neçə milyon xərclənəcək?


31.07.2025  14:06 

Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib – Jurnalist





A+  A-

“Cəmi 25 yaşı olan xalam qızı ağır formada onkoloji xəstəlikdən əziyyət çəkir. O qədər kasıbdılar ki, biopsiyanın nəticəsi məlum olanda, nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. Nəticəni görəndən sonra həkim soruşub ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan? Yazıq qarın dolusu yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı?”

XəzərNews.az xəbər verir ki, bu acı reallığı sosial şəbəkə hesabında tanınmış jurnalist Aytən Məmmədova paylaşıb.

Jurnalist qeyd edib ki, Milli Onkologiya Mərkəzində analizlər 250 manat, digər müayinələr üçün biri 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat:

“Müayinələrdən sonra özü rayona qayıtdı, KT-nin (Kompüter Tomoqrafiya) cavabını gözləyə bilmədi. Ertəsi günü mən getdim ki, götürüm.

Tibb bacısı deyir ki, ödəniş olunmayıb, 92 manat verilməlidir. Deyirəm, qəbz ver, ödəyim. Cavab verir ki, bizdə qəbz verilmir, mənə ödəməlisiniz. Deyirəm, ay xanım, bazar deyil, siz də pomidor, kartof satmırsınız, sizə niyə verməliyəm? Deyin yerini, gedim orada ödəyim. Cavab verir ki, bizdə belədir. Deyirəm, keçən ildən onkoloji xəstələr üçün ilkin müayinə, diaqnostika icbari tibbi sığortaya daxil edilib. O biri tərəfdən həkim mədəni şəkildə qayıtdı ki, bizə aidiyyəti yoxdur, "Semaşko" - filan kimi xəstəxanalara aiddir. Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?

Axırda dedim ki, nəticə əlinizin altındadır, 25 yaşında gənc adamın vəziyyətini görürsünüz. İnsan qarın dolusu yemək tapıb yeyə bilməyib, indi də bu vəziyyətdə, siz hələ də ondan pul umursunuz, necə insanlarsınız?

Bundan sonra məni çölə çıxardılar. Beş dəqiqə sonra KT-nin nəticəsini gətirib, it qabağına atan kimi verdilər əlimə...

Amma müayinə diskini vermədilər. Dedilər ki, guya diski özüm alıb gətirsəm, o zaman köçürərlər. Kim ki, pul verirdi, ona disklə birlikdə verirdilər. Gedib disk alıb gətirdim, bir saat yenə gözlətdilər, sonra diskə köçürüb verdilər.

Uzun oldu, amma Milli Onkologiya Mərkəzində insanlığın səviyyəsini göstərmək istədim...”


Xəbər 654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı

01.08.2025  11:08 

Alimə yüksək vəzifə verildi

01.08.2025  09:14 

Cəlilabadda yük avtomobili aşıb

01.08.2025  09:02 

Arif Babayev vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +