Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


23.05.2025  16:50 

10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi





A+  A-

"Bakı Ağac Emalı" ASC-nin qanuni təmsilçisi dəyişib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əkbərov Natiq Məmmədrəhim oğlu ASC-nin qanuni təmsilçiliyindən çıxarılıb və yerinə İbrahimov Nəriman Həsən oğlu gətirilib.

XəzərNews.az "qaynarinfo”ya istinadən xəbər verir ki,

Qeyd edək ki, sözügedən ASC illər əvvəl "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

Yeni qanuni təmsilçinin Tağı İbrahimovun əmisi olduğu deyilir.

ASC-nin ilk qanuni təmsilçisi isə İbrahimov Həmid Kazım oğlu olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu idi və 2020-ci ildə dünyasını dəyişib. Sözügedən zavod isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib.

Xatıradaq ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğın olub. Sözügedən yanğına görə "Bakı Ağac Emalı" ASC-yə sahibi Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayev həbs edilib.



Xəbər 2155 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +