Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


27.03.2025  16:47 

Alatavada aparılan söküntü işləri dayandırıldı





A+  A-

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar martın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

XəzərNews.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda deyilib.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, isə söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.


Xəbər 2371 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +