Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu


29.08.2022  14:45 

Azərbaycanda kim kimin kitabını, məktubunu oxuyur?!





A+  A-

“Bu təklifi edən deputatlara təşəkkür düşür. Kaş, təkcə, o deputatlar yox, 10-15 deputat da bu məsələ ilə bağlı müraciət eləsin. Bəlkə Cahangir Əsgərovun beyninə nəsə batdı”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a əməkdar jurnalist Ləman Ələşrəfqızı Türkiyədə təhsil alan tələbələrin bilet qiymətlərində güzəştlərin edilməsi ilə bağlı deputatlar Ceyhun Məmmədov və Fazil Mustafanın AZAL rəhbəri Cahangir Əsgərova müraciətlərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, jurnalistin övladı Türkiyədə təhsil alır. L. Ələşrəfqızı deyib ki, dərslər oktyabrda başlayacaq və görünən budur ki, təyyarə biletlərinin qiyməti dəyişməyəcək:

“Samsunda təhsil alan övladımın yolu əsas Gürcüstandan idi. Gürcüstan da pandemiyaya görə hazırda iflic vəziyyətdədir. Bundan başqa, Naxçıvan yolu vardı. Onun da aqibəti göz qabağındadır. İndi isə Samsuna getmək üçün əvvəlcə, Türkiyənin hansısa bir şəhərinə oradan da Samsuna getməlidir. Bu da artıq xərcdir.

Hər dəfə də bu mövzuda danışmağımıza baxmayaraq, divara dəyib bumeranq effektiylə dediklərimiz özümüzə qayıdır. Heç bir müsbət nəticə yoxdur. Bu məsələnin müsbət həlli üçün xüsusilə deputatlar dəfələrlə müzakirələrə çıxarmalıdırlar”.

Əməkdar jurnalist hələlik bu haqda AZAL-a müraciət etmədiyini bildirib: “Müraciət edəndə də baxmayacaqlar. Bu o demək deyil ki, şikayətimizə baxılmayacaq deyə insanlar qurumlara müraciət eləməsin. Mən özüm də jurnalistəm. Biz ömür boyu şikayətlərlə işləmişik. “İç xəbər”də həm çalışmış, həm də həmin proqram rəhbəri olmuşam. Təsəvvür edin, adamlar bəzən on illərlə yazdıqları qalaq-qalaq məktubları gətirirdilər. Azərbaycanda kim kimin kitabını, məktubunu oxuyur?! Mənim yazmağımla nə dəyişəcək?! Mən elə bir təcrübəni görmüşəm. Müraciətləri oxumadıqlarına görə, heç müraciət etmək niyyətində də deyiləm. Bunun yeganə yolu məsələni ictimailəşməyi hər gün deputatların müzakirələrə çıxarmasıdır”.


Xəbər 3221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +