Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu


11.03.2021  14:56 

“Günlük 700-800 yoluxma həyəcan yaradır”





A+  A-

“Əfsuslar olsun ki, xoş niyyət və duyğularla xatırlanan Novruz bayramı dönəmində “COVID-19”la bağlı belə rəqəmlərin görülməsi insanları, aidiyyati qurumları qorxutmağa başlayıb. Yoluxma ilə bağlı 500 rəqəmi, - test sayı və yoluxma rəqəmləri ilə əlaqəyə baxdıqda bu 7-8 faizə çıxır, - tendensiya olaraq mənfiyə gedişat haqqında xəbər verir. Ölkədə 5 minə yaxın yoluxma olanda günlük aparılan test sayı ilə yoluxan insanlar arasında 30 faizlik rəqəm var idi. Ona görə də hər bir hökumət, dövlət, cəmiyyət üzvü ola biləcək ehtimalları düşünərək günlük və gələcək həyatı ilə bağlı planları qurmalıdır”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Rəşad Mahmudov İTV-də “Diqqət mərkəzi” verilişində Azərbaycanda koronavirusla bağlı vəziyyətdən danışarkən deyib.

R. Mahmudov qeyd edib ki, bu vəziyyətdə qapanmaların gözlənilməsi ilə bağlı konkret söz demək mümkün deyil. İllər keçdikcə aldığımız təcrübə ilə öyrəndiklərimiz var. Əvvəllər qorxduğumuz rəqəmlərdən artıq milli səhiyyə sistemləri daha az qorxurlar. Bunun bir çox səbəbləri var: daha hazırlıqlıdırlar, səhiyyə immuniteti formalaşıb:

“Almaniya konkret şəkildə, xüsusən də iqtisadi problemləri nəzərə alaraq hər kəsin öz işini qursun deyə bir mexanizm qurub. Həmin mexanizmdə müəyyən rəqəmlərdən istifadə olunur. Qapanmalar tam olmayacaq, məhdudiyyətlər olacaq. Hökumət tam qapanmalardan uzaqlaşır. Ortalama günlük 1200-ü keçən, həftəlik 12 minə yaxınlaşan rəqəmlər olarsa, portallardan qeydiyyat sisteminə keçilməsinə qərar verilib. Ölkəmizlə bağlı bunu rəqəmlərə töksək, 10 milyon əhalisi olan Azərbaycan üçün günlük 700-800 nəfər yoluxma həyəcan yaradır”.

Millət vəkili əlavə edib ki, Almaniya hökuməti bu dönəm üçün hələ ki, aprel ayının ortalarına qədər iki ailədə 5 nəfərdən artıq insanın görüşməsinə qadağa qoyur. Hər bir milli hökumət, operativ qərargah bu qərarları vermədən öncə ölkənin bütün resurslarını nəzərdən keçirir. Bütün bunları nəzərə alaraq qərar verilir: “Həkim ekspert kimi mənim başqa bir qorxum var. Novruz bayramı ərəfəsində - bayramlar bizim bir-birimizə sarıldığımız dönəm olduğuna görə normal, sağlam düşünən cəmiyyət üçün həyəcan təbili olmalıdır. Arzu edirəm ki, Operativ Qərargah o məcburiyyətdə qalmasın, rəqəmlərimiz o qədər böyüməsin. Hər kəs 3 standart tədbiri günlük həyatında tətbiq etsə, ölkə ərazisində əlaqələrin kəsilməsinə səbəb olacaq qərarlar verilməz”.

R. Mahmudov COVID-19 əleyhinə vaksinasiyanın gələcəkdə məcburi ola biləcəyi ilə bağlı sualı da cavablandırıb. Qeyd edib ki, hələ ki bununla əlaqədar konkret söz demək mümkün deyil. Dünyanın aparıcı ölkələri tərəfindən bununla bağlı qərar verilməyib.

Millət vəkili bildirib ki, vaksin vurulandan sonra da yoluxma halı ola bilər. Vaksinasiya yoluxmanın ağır keçməsini və ölüm riskini azaldır:

“Heç bir vaksin xəstələnmə, yoluxma, növbəti yoluxmanın qarşısını almır. Vaksinasiya zamanı əmələ gələn təbii antitellər yenidən yoluxan zaman simptomların ağır keçməməsi və immun reaksiyaların yaranmamasının, virusa daha ağır şəkildə məruz qalmamızın qabağını alır. Mən demirəm ki, vaksin işə yaramır, ətrafımızda qriphal virus varsa, yüksək yoluxma nisbətilə yayılmaya davam edirsə, orada vaksin olunan və olunmayan hər kəs yoluxa bilər. Virusa yoluxan zaman cəmiyyətin 2-3 faizində ölümə səbəb olur. Ona görə vaksin tövsiyə olunur ki, o, bu riski minimuma endirir. Bütün dünyada yoluxan şəxsin ortalama 6 ay – 1 il müddətindən sonra vaksin olunmaya ehtiyac var”.

“Hər il Azərbaycanda təxminən 60 min insan həyatını itirirdi. 2020-ci ilin statistikasına nəzər salsaq görərik ki, bu rəqəmlər ötən il 15-20 faiz çox olub. Bu artımı rəqəmsal olaraq Koronavirusu əlaqələndiririk. Lakin koronavirus keçirdiyinə görə digər xəstəlikləri alovlanan, koronavirus testi mənfi olduqdan sonra həyatını itirən minlərlə insan var. Bunlar həmin kateqoriyaya və statistikaya girmirlər. Bunları nəzərə aldığımız zaman koronavirus bildiyimizdən qat-qat daha təhlükəli bir xəstəlikdir. Mən bunu təşviş yaratmaq, qorxutmaq üçün demirəm. Hamı kimi nə qədər bu bilgilərə sahib olsaq da, xoş xəbərlərin yayılmasını arzu edirik”.

Xəbər 3354 dəfə oxunub.



11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +