Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


04.12.2025  17:25 

Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı kimdir?





A+  A-

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın adı ətrafında qalmaqal yaranıb. Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura rejissori və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Məlum olub ki, filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilib. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Suad Qarayeva bildirib ki, film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub. Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura hesab edib ki, bu filmdə etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Bu səbəb də Bakıda onun nümayişinə qadağa qoyulub.

XəzərNews.az Modern.az-a istinadla xəbər verir ki, Suad Qarayeva Əbülfəs Qarayevin yeganə övladıdır.

O, Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsi almaqla incəsənət aləminə qədəm basıb.

Hazırda Londonda yaşayan S.Qarayeva bu şəhərdəki məşhur "Sotheby`s" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə də kurator direktorudur.

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib.

Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə, eləcə də Rusiyada Əbülfəs Qarayevin ailə üzvlərinə, o cümlədən Suad Qayarevaya məxsus şirkətlər fəaliyyət göstərir.

Xəbər 1023 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +