Sərxoşluq səbəbindən qəzaların sayı azalır
Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb


28.11.2025  11:33 

“Şamaxinka”da tıxac aradan qaldırılacaq?





A+  A-

Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olduğuna baxmayaraq, biri istifadə olunmadığından kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür.

İstifadəsiz qalan yol sahəsində isə mövcud qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.

Eyni zamanda, Moskva prospektinin “Şamaxinka” adlanan ərazisində hər iki istiqamət üzrə mövcud olan geriyədönmə yerlərindən istifadə edən nəqliyyat vasitələrinin və prospekt üzrə əsas axında hərəkət edən avtomobillərin trayektoriyası toqquşur. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir.

Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən yolda ciddi maneə və sıxlıq yaranır, zolaq dəyişən sürücülər və əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində axın sürəti əhəmiyyətli dərəcədə azalır. Layihə hazırlanarkən “Rəqəmsal əkiz” üzərindən simulyasiyalar aparılıb.

Layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.

Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.


Xəbər 1239 dəfə oxunub.



10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +