Sərxoşluq səbəbindən qəzaların sayı azalır
Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb


27.11.2025  12:03 

TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib





A+  A-

Bu gün Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bildirib ki, TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir. O vurğulayıb ki, iclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, müasir informasiya mühiti təkcə təhlükəsizlik baxımından deyil, həm də idarəetmə, planlaşdırma və dövlətlərarası koordinasiya baxımından yeni yanaşmalar tələb edir. Bildirilib ki, TDT çərçivəsində media qurumları arasında dialoqun artırılması, məlumat axınının sistemli şəkildə qurulması və digər önəmli məsələlər təşkilatın qarşıdakı illər üzrə əsas hədəflərindən biridir. Həmçinin diqqətə çatdırılıb ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə media sahəsində qarşılıqlı fəaliyyət yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda innovativ yanaşmaların tətbiqi, yeni media alətlərinin potensialından istifadə və ortaq kommunikasiya mədəniyyətinin formalaşdırılması kimi istiqamətləri də əhatə etməlidir.

Daha sonra TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənib. Həmçinin, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılıb, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi həyata keçirilib.

Xəbər 1269 dəfə oxunub.



10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +